Bakının bu rayonunda su olmayacaq

24 Aprel 2019 10:04 (UTC+04:00)

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.

“Azərsu” ASC-dən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.