Prezident İlham Əliyev Çin liderini Azərbaycana səfərə dəvət edib

24 Aprel 2019 16:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə səfərə dəvət edib.

Movqe.az-ın xəbərinə görə, dövlət başçısı Pekinə səfəri çərçivəsində Çin lideri ilə görüşündə onu Azərbaycana dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.