Bu ərazilərdə işıq olmayacaq

25 Aprel 2019 10:52 (UTC+04:00)

Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Movqe.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.