Təhsil Nazirliyi “Twitter”dən istifadəyə görə üçüncü yerdədir

25 Aprel 2019 14:03 (UTC+04:00)

Təhsil Nazirliyi Azərbaycanda “Twitter”sosial şəbəkəsindən ən fəal istifadə edən 10 nazirlik və qurumun siyahısında üçüncü yerdə qərarlaşıb.

Nazirlikdən Movqe.az-a bildirilib ki, siyahıya əsasən, ilk üçlükdə Xarici İşlər Nazirliyi (11,1 min tvit), Diasporla İş üzrə Dövlət Komitəsi (7,345 min tvit) və Təhsil Nazirliyi (4,296 min tvit) yer alır.

Növbəti sıralarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (3,571 min), Müdafiə Nazirliyi (3,555 min), Vergilər Nazirliyi (1,833 min), Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi (1,333 min), Dövlət Miqrasiya Xidməti (1,104 min), Səhiyyə Nazirliyi (1,065 min) və Gənclər və İdman Nazirliyi (919) qərarlaşıb.