Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib

25 Aprel 2019 16:56 (UTC+04:00)

Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar. 

Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.