Binəqədi rayonunda təmizlik ayı keçirilir

26 Aprel 2019 12:07 (UTC+04:00)

Binəqədi rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqəda rayonun sanitar-təmizliyini təmin etmək, adlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir. Movqe.az-ın məlumatına görə, keçirilən layihənin əsas məqsədi  ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Layihə çərçivəsində məişət tullantılarının daşınması ,müxtəlif növ mövsümi ağacların əkilməsi nəzərdə tutulmuşdur.