WhatsApp-da yenilik

26 Aprel 2019 19:11 (UTC+04:00)

Dünyanın istənilən ölkəsində milyardlarla insanın istifadə etdiyi WhatsApp proqramı yeni bir dəyişikliyə imza atmağa hazırlaşır.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq WhatsApp-dakı mesajları screenshot etmək mümkün olmayacaq.Bu qərara WhatsApp-ın şəxsi təhlükəsizliyi əsas gətirilir.

Yaxın günlərdə bu yeniliyi tətbiq etməklə, WhatsApp idarəçisi daha bir ilkə də imza atmış olacaq.