Rusiya ən çox spam və şəbəkə hücumlarına hədəf olan ölkələr sırasında altıncı yeri tutub

4 May 2012 11:57 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya 2011-ci ildə "İnternetdə zərərli fəaliyyət" reytinqində onuncu yerdən altıncı yerə yüksəlib.

Qeyd edək ki, bu haqda konfrans zamanı Rusiya və MDB  üzrə İnformasiya Təhlükəsizliyi Şirkəti "Symantec"-in rəhbəri Oleq Şaburov məlumat verib.

Avropa, Orta Şərq və Afrika regionları arasında Rusiya 2010-cu ildə olduğu kimi, birinci yeri tutur.  Symantec-ə görə Moskvada Botların (yoluxmuş kompüterlər) ümumiqlobal sayı artıq 1%-dir. Moskavadan sonra isə botların sayına görə, Sankt-Peterburq, Tver, Nijniy Novqorod şəhəridir. 2011-ci ildə botların spam göndərməsi üzrə, Rusiya üçüncü yeri tutub.

Türkan Nadirqızı

Movqe.Az