Ayaqlarda ağrılar bağırsaq xərçənginin simptomu çıxdı

2 May 2019 15:55 (UTC+04:00)

Adətən bağırsaq xərçəngi özünün qarın nahiyəsində ağrılar və diskomfort, defekasiyanın pozulması (səbəbsiz ishal və ya qəbizlik) kimi simptomlarla büruzə verir.

Lakin bəzən bağırsaq xərçənginin simptomları atipik ola bilər.

Belə ki, 59-yaşlı britaniyalı jurnalist Jeremi Bouen bir müddət bel və ayaqlarında ağrılardan əziyyət çəkirdi. Həkimlərə müraciət etdikdən sonra məlum olub ki, bu ağrıların səbəbi bağırsaq xərşəngidir. Maraqlısı budur ki, Bouendə həzm və defekasiya ilə bağlı heç bir problem olmayıb.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, bəzən xərçəng özünü atipik simptomlarla büruzə verir.

Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir ki, travma ilə bağlı olmayan istənilən uzunsürən ağrı ciddi simptom kimi qiymətləndirməli və belə "səbəbsiz" ağrılarla üzləşən insan mütləq həkim müayinəsindən keçməlidir.