Tez arıqlamaq istəyənlərin nəzərinə - Bunu etsəniz...

5 May 2019 16:46 (UTC+04:00)

Yüksək proteinli pəhrizlər saxlamaq və çoxlu miqdarda protein tozu qəbul etmək böyrəklərə mənfi təsir göstərir.

Movqe.az xəbər verir ki, daxili orqan xəstəlikləri və nevrologiya üzrə mütəxəssis professor Gülçin Kantarcı, xüsusilə tez arıqlamaq istəyənlərə və yüksək proteinli pəhrizlər qəbul edənlərə məsləhət verib.

Həkimin dediyinə görə, bədənin proteinə olan ehtiyacı insana görə dəyişir. Böyrək xəstəliyi, yüksək təzyiq, şəkərli diabet və böyrək daşı olanların yüksək proteinli pəhrizləri qəbul etməsi böyrək funksiyalarını pozur. Buna görə də bədənin proteinə olan ehtiyacı yaşına, cinsiyyətinə aktiv vəziyyətə və ya mövcud xəstəliklərə görə dəyişir.

Bundan başqa artıq protein qəbulu əzələ kütləsini artırmır.

Professor Dr. Gülçin Kantarı sonda isə belə əlavə edib: "Belə pəhrizlər və proteinli maddələr qəbul etməzdən öncə daxildə olan xəstəliklərin olub-olmadığı həkimə müraciət edilərək öyrənilməlidir. Sadəcə edilən idman qədər protein qəbul edilməlidir. Lazımi qədər qəbul edilmədikdə vücudun immunitet və dayaq-əzələ sisteminə mənfi təsir göstərir.

Saglamolun.Az