Facebook-da "pullu" yenilik olacaq

7 May 2019 09:10 (UTC+04:00)
"Facebook" sosial şəbəkəsi istifadəçilərə reklama baxışa görə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirir. Bu haqda öz mənbələrinə istinadən "The Wall Street Journal" yazıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, "Facebook" rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır. Nəşrin məlumatına görə, "Facebook"un nümayəndələri bu məqsədlə "Visa" və "Mastercard" ilə danışıqlar aparırlar. Layihə "Project Libra" adlandırılıb.