Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək

9 May 2019 15:36 (UTC+04:00)
Bəstəkar Arif Məlikov bu gün I Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə ONA-ya Mədəniyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib. Dəfn vida mərasimindən sonra baş tutacaq. 
 
 
Qeyd edək ki, Arif Məlikovun vəfat etdiyini  Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib. Professor, bəstəkar Arif Məlikov bu gün 86 yaşında dünyasını dəyişib.
 
 Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.