Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək

9 May 2019 13:20 (UTC+04:00)

Bu barədə "Report"a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, hazırda dəfn mərasimi ilə bağlı hazırlıq işləri görülür: "Mərhum Arif Məlikovla bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra mərhum bəstəkar dəfn olunacaq".

Qeyd edək ki, Arif Məlikov 85 yaşında dünyasını dəyişib.