Manchester United-də ilk ayrılıq - RƏSMİ

11 May 2019 17:55 (UTC+04:00)

Manchester United mövsüm başa çatmamış ilk ayrılığını açıqlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Ander Errera yola salınıb.

Futbolçu özü də açıqlamasında başa çatan müqavilə müddətini yeniləməyəcəyini bildirib: "İngiltərənin ən böyük klubunda oynamaq şərəf idi. Geridə qalan 5 gözəl il üçün təşəkkür edirəm". 30 yaşlı futbolçunun karyerasını PSG-də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Ander Errera Manchester United-ə 2014-cü ildə Athletic-dən keçib.