"Toppuş bacı" xəstəxanaya yatırıldı

11 May 2019 18:30 (UTC+04:00)

Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.

Movqe.az aznews.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl onkoloji xəstəlikdən əməliyyat olunan Tünzalə Əliyevanın xəstəliyi metastaz verib. Xəstəlik aktrisanın orqanlarına yayılıb.

Qeyd edək ki , hazırda Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzindədir. Aktrisanın bir müddət əvvəl sağaldığı deyilirdi.