"Arsenal" klubu Bakıya finaldan 4 gün əvvəl gələcək

13 May 2019 10:05 (UTC+04:00)

İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.

Movqe.az-ın məlumatına görə, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib. İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın digər rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlanacaq.