"Qarabağ" 3 legioneri ilə vidalaşıb.
Movqe.az Goal.az-a istinadən xəbər verir ki,Ağdam klubu müdafiəçi Yakub Jezniçak, hücumçu İnnosent Emeqara və Reynaldonu göndərməyi qərara alıb.
Polşalı müdafiəçinin müqaviləsi başa çatıb və ona yeni anlaşma təklif olunmayıb.
Emeqara və Reynaldo ilə müqavilə isə qarşılıqlı razılıq əsasında pozulub.