“Persepolis”ə cəza verilib

4 May 2012 13:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki,Tunisdə xüsusi bir televiziya kanalının sahibi ''Persepolis'' filmini yayımlayaraq ictimai asayişi pozduğuna görə 1400 dinar pul cəzası verilib.

Tunis məhkəməsi '' Nessma TV'' adlı televiziya kanalının sahibi Nəbil Karuiyi Tanrının təsvirinin iştirak etdiyi ''Persepolis'' adlı cizgi filmi yayımlayaraq ictimai asayişi pozmaqda təqsirləndirib.

Televiziya kanalının ərəbcənin Tunisdə danışılan bir şivəsini dublaj edərək yayımladığı filmə ölkədəki Sələfilər tərəfindən təşkil edilən nümayişlərdə etiraz edilir.

Qərarın açıqlandığı məhkəmə binasının qarşısında televiziya kanalı əleyhinə və lehinə şüarlar atan izdihamlı nümayişlər baş verib. Nümayişlər zamanı Sələfilər '' Dünyəvilərin Tunisdə yeri yox'' şəklində şüarlar atıblar.

Oktyabr ayından nümayiş olunan "Persepolis" "2007 Cannes Film Festivalı"nda münsiflər tərəfdən xüsusi mükafata layiq görülüb.


Ziba Yusifova

Movqe.Az