“Kaş İlhamə Quliyeva sağ olub, mənə haqsızlıq edərdi” - Elza

15 May 2019 21:38 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan “Şou ATV” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, veriliş zamanı mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan münasibətlərindən danışıb:

“İlhamə Quliyeva şeirlərimi bəyənirdi, efirdə çıxıb, başqa söz deyirdi. O, bizim sənətkarımızdı, baxmayaraq ki, haqqımda haqsız sözlər söyləyirdi. Kaş ki, yenə də sağ olaydı, mənim üçün haqsız sözlər deyərdi. Çünki səsi sağlam idi. Onun səsi mişar kimi işləyirdi. İnsanlar ondan özünü reklam etmək üçün istifadə edirdi. Mən İlhamədən dəstək almamışam, Allahdan və mərhum müəllimim - Arif Məlikovdan almışam. Ona bəstəkar kimi hədiyyə etmişəm, oxuyub. Bəzi xasiyyətləri ondan uzaq olsaydı, indi onun şedevr iki əsəri var idi”.