Xəzər dənizində zəlzələ olub

16 May 2019 09:06 (UTC+04:00)

Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla mayın 16-da, saat 05:23-də qeydə alınıb.

Episentri 60 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.