Elmar Məmmədyarov Fransaya işgüzar səfərə yola düşüb

16 May 2019 10:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Fransa rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək.