Alim Quliyev: “Manatın məzənnəsinin bu ilin sonuna qədər sabit qalması üçün bütün əsaslar var”

16 May 2019 09:58 (UTC+04:00)

"Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”.

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyevdeyib. 

“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”, - deyə o, qeyd edib.