Azərbaycan və Fransa XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

17 May 2019 17:00 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri zamanı fransalı həmkarı Jan-İv Le Drian ilə görüşüb.

Movqe.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iqtisadiyyat, təhsil və regional təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.