Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

18 May 2019 18:40 (UTC+04:00)

Gömrükçülər narkotik vasitənin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Movqe.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Abbasipestekan Alireza Hosseingholi oğlu Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 3 ədəd büküm müəyyən edilib. Həmin bükümlərə baxış zamanı 3 ədəd bükümdə 60 ədəd açıq qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M20" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.