Bakıda 77 yaşlı qadın yanğında öldü

19 May 2019 10:00 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kvadrat metr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.