Saatlıda 80 yaşlı kişi özünü güllələyib

19 May 2019 12:03 (UTC+04:00)

Saatlı rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğlu özünü tüfənglə vurub.

Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub.

Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.