FHN Bakıda yanan ticarət mərkəzi ilə bağlı məlumat yayıb

19 May 2019 11:30 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.