Kompani Manchester City-dən ayrılır - RƏSMİ

19 May 2019 16:35 (UTC+04:00)

Manchester City-nin futbolçusu Vensan Kompani klubdan ayrılır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Kompaninin müqaviləsinin yenilənməyəcəyi və klubdan ayrılacağı bildirilib.

33 yaşlı müdafiəçi Manchester City-nin Federasiya kubokunun (FA) finalında Watford-u 6:0 hesabıyla məğlub etdiyi matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

2008-ci ildən Manchester City-də forma geyinən Kompaninin “şəhərlilər”lə müqaviləsi mövsümün sonuna qədər idi.