“Messinin qızıl top-a layiq olduğundan əmin deyiləm" - Mourinyo

19 May 2019 19:25 (UTC+04:00)

Joze Mourinyo Barcelona-nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, Barcelona-nın Çempionlar Liqasında Liverpool-a məğlub olaraq, mübarizəni dayandırması səbəbiylə Messini “qızıl top”un favoriti görmədiyini deyib:

“Messinin qızıl top-a layiq olduğundan əmin deyiləm. O, Çempionlar Liqasını qazana bilmədi”.

Bu mövsüm Kataloniya klubunun heyətində 48 matçda iştirak edən argentinalı futbolçu, bu oyunlarda 48 qol, 22 məhsuldar ötürmə ilə yadda qalıb.