Vergilər naziri və müavini regionlarda vətəndaşları qəbul edəcək

21 May 2019 11:16 (UTC+04:00)

Vergilər naziri Mikayıl Cabbarov və müavini Sahib Ələkbərov regionlarda vətəndaşları qəbul edəcək.

Movqe.az Nazirliyə istinadən xəbər verir ki, Mikayıl Cabbarov mayın 25-də Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küç. 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab,Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini, Sahib Ələkbərov isə mayın 24-də Qusar rayonunda Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Qusar şəhəri, Füzuli küç.) Qusar,Quba, Xaçmaz, Şabran rayonları sakinlərini qəbul edəcək.

Nazirin qəbuluna gəlmək istəyən vətəndaşlar 21-24 may tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Vergilər nazirinin müavininin qəbuluna gəlmək istəyən vətəndaşlar 21-23 may tarixlərində Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.