Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir

21 May 2019 11:52 (UTC+04:00)

Azərbaycanda daxili borc bazarının inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Movqe.az xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

“Bu sahədə əsas vəzifəmiz ondan ibarətdir ki, xarici valyutada ifadə olunmuş dövlət borcunu azaldaraq onu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləyək. Bu, Azərbaycanın borc sahəsində dayanıqlılığını xeyli artıracaq, eyni zamanda, dünya bazarlarında hər hansı xarici şoklara müqaviməti xeyli möhkəmləndirəcək", - deyə S.Şərifov qeyd edib.