Mədət Quliyev Mədəniyyət Nazirliyinin sektor müdirini təltif edib

21 May 2019 12:16 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva təltif olunub.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə,  Mənzərxanım Nurəliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnikMədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.