Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib - FƏRMAN

21 May 2019 16:12 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

Movqe.az-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.