Yeni doğulmuş uşağı taksidə unutdular

22 May 2019 10:10 (UTC+04:00)

Almaniyanın Hamburq şəhərində qəribə hadisə baş verib.

Movqe.az Unikal.org-a istinadən xəbər verir ki, ikinci övladları dünyaya gələn cütlük doğum evindən qayıdıb. Onlar taksidən düşdükdən sonra uşağı unutduqlarının fərqinə varıblar. Ata taksinin arxasınca qaçsa da çatmayıb. Körpə yatdığı üçün sürücü onun varlığından xəbərsiz olub. Taksiyə minən sərnişinlər uşağı görüb və dərhal polisə müraciət edilib. Körpə ailəsinə qaytarılıb.