Biləsuvarda dəhşətli qəza - 4 nəfər ölüb

23 May 2019 09:39 (UTC+04:00)

Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili ilə "Ford" markalı mikroavtobus toqquşub. 

Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.