Tereza Mey istefasını elan etdi

24 May 2019 13:38 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Movqe.az-ın məlumatına görə, Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib.

O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.

Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur.