Çingiz “Eurovision”ın qərarını lağa qoydu

24 May 2019 19:40 (UTC+04:00)

Müğənni Çingiz Mustafayev “Eurovision 2019” yarışmasındakı nəticələrin dəyişdirilməsini ələ salıb.

Axşam.az-ın məlumatına görə, 7-ci pillədən 8-ə enən təmsilçimiz sosial media hesabında bunları yazıb:

“Avropa Yayım Birliyi “Eurovision" musiqi yarışmasının nəticələrini dəyişdi. Çünki Belarusun jüri səslərində yanlışlıqlar baş verib. Mənim nəticəm 7-ci yerdən 8-ci pilləyə gerilədi. Ümid edirəm ki, qalib olacağam. Növbəti həftənin qərarını gözləyirəm”.

Qeyd edək ki, Çingiz yarışmada ölkəmizi “Truth” mahnısı ilə təmsil edirdi.