DTX rəisi jurnalisti təltif etdi

27 May 2019 13:54 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev DTX əməkdaşı, tanınmış jurnalist Yaşar İsakovu medalla təltif edilib.  Movqe.az xəbər verir ki, bu barədə Yaşar İsakov özü məlumat verib.

Belə ki, Y.İsakov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, Yaşar İsakov DTX-da məsul vəzifədə çalışır.  Y.İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.