“Azercell” Bakıda futbol azarkeşlərini yüksək sürətli internetlə təmin etdi

30 May 2019 13:38 (UTC+04:00)

- “Azercell” və “Ericsson” Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi.

- Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.

- Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.