Metroda qadın uşağının yerində oturan yaşlı arvadı döydü - VİDEO

31 May 2019 20:16 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Movqe.az xarici mətbuata istinadla xəbər verir ki, videoda qadının onun uşağının yerini tutan sərnişini yumruqlaması əks olunub.

Görüntülər Nyu-Yorkda metroda çəkilib.

Qadın onun uşağının yerində oturan yaşlı qadınla dalaşıb, onu söyüb və döyüb.

Digər sərnişinlər isə davaya müdaxilə etmək əvəzinə həmin anları kameraya çəkərək sosial şəbəkələrdə paylaşıblar.