Qəbizlikdən əziyyət çəkirsinizsə, bunları yeyin

2 İyun 2019 21:30 (UTC+04:00)

Qəbizlik müasir insanın ən yayılmış sağlamlıq problemlərindən biridir. Bir çox hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və həyat tərzidir.

Bunları nəzərə alaraq Movqe.az sizə qəbizliyin qarşısını alan məhsulları təqdim edir:

- kəpəkli çörək, buğda kəpəyi

- təzə meyvə və tərəvəzlər, göyərti

- quru meyvələr (xüsusilə quru əncir, qara gavalı, kişmiş)

- süd məhsulları (kəsmik, qatıq, kefir)

- yarmalar (darı, yulaf, arpa yarmaları).

Qəbizlikdən əziyyət çəkirsinizsə, bu məhsullar sizin gündəlik rasionunuzda olmalıdır.

Bundan əlavə qəbizlikdən əziyyət çəkənlər daha çox adi su içməlidir - təxminən 1,5-2 l. Mütləq səhər oyananda 1 stəkan su için. Bu bağırsaqları "işə salır".

Bağırsaqların yaxşı işləməsi üçün düzgün qidalanma və maye qəbulundan əlavə fizki aktivlik də çox vacibdir.

Saglamolun.Az