Təmiri bitən yolların siyahısı açıqlandı

4 May 2012 17:42 (UTC+04:00)

Bu barədə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, hazırda Yusif Vəzir Çəmənzəminli küçəsində (Səməd Vurğun küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək), Şəmsi Rəhimov, Rixard Zorge, Zərifə Əliyeva, Xaqani, Süleyman Rəhimov, Nizami, 28 May, Səfərəliyev, Zeynal Abdiyev, Teymur Əliyev, Əhməd Rəcəbli küçələrində (Ziya Bünyadov prospekti ilə kəsişmədən Y.V.Çəmənzəminli küçəsi ilə kəsişməyədək) və başqalarında təmir işləri başa çatıb.

Nizami küçəsindən Yusif Səfərov küçəsinədək uzunluğu 550, eni 9 metr olan yeni yol salınıb. Habelə bu yolla Üzeyir Hacıbəyov küçəsinə keçid imkanı yaradılıb. Bunun üçün 350 metr uzunluğa və 9 metr enə malik yol salınıb. "Azəryolservis"in hazırladığı plana uyğun olaraq, görülən bütün işlər yaxın vaxtlarda başa çatacaq.

/Trend/