Azərbaycanda ictimai çimərliklər olmalıdır - Agentlik sədri

4 İyun 2019 13:48 (UTC+04:00)

Azərbaycanda ictimai çimərliklər olmalıdır. Belə çimərliklərin olması olduqca vacib məsələdir.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırda özəl çimərliklər var və onların sayının az olması bizi narahat edir: "Dünyada bütün çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər".