Qızılca epidemiyası sürətlə yayılır - Fövqəladə vəziyyət ELAN OLUNDU

6 İyun 2019 13:00 (UTC+04:00)
ABŞ-da qızılca epidemiyası geniş vüsət alıb. Movqe.az xəbər verir ki, ölkənin 26 ştatında yayılan epidemiyaya son 5 ayda min nəfərdən çox insan yoluxub. ABŞ Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi başda Nyu-York olmaqla, bir çox böyük ştatlarda yayılan xəstəliyin son 27 ildə ən böyük nəticə doğurduğunu açıqlayıb. Qeyd edək ki, ABŞ 2000-ci ildə qızılca xəstəliyinin tamamilə aradan qaldırıldığını açıqlamışdı. Lakin xəstəlik bu il yenidən yayılmağa başlayıb. Xüsusilə, yəhudilərin kompakt yaşadığı bölgələrdə geniş yayılan xəstəlik səbəbilə fövqəladə vəziyyət elan edilib.