"Bakıda qələbə qazanmaq asan olmayacaq"

8 İyun 2019 12:44 (UTC+04:00)
Bütün həyatımda - futbolçu və məşqçi kimi hər zaman qələbəyə inanmışam. Hava və digər səbəblər məğlubiyyətə səbəb ola bilməz. Azərbaycana uduzsaq, səbəbkar özüməm. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu fikirləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 55 yaşlı mütəxəssis kağız üzərində qarşılaşmanın favoriti olduqlarını deyib: "Bəzən meydanda çox şey fərqli ola bilər. Qələbə üçün yüksək səviyyədə çıxış etməliyik. Azərbaycana hörmət edirik. Rəqib və futbolçular barədə mümkün qədər məlumat əldə etmişik. Bakıda qələbə qazanmaq asan olmayacaq". İtaliyalı məşqçi Macarıstanın son olaraq 2016-cı il Fransadakı Avropa çempionatında iştirak etdiyini söyləyib: "Budapeşt də Bakı kimi AVRO-2020-nin təşkilatçı şəhərlərindən biridir. İstəyirik ki, azarkeşlərimizin önündə Avropa çempionatının final mərhələsində oynayaq. Əla stadionumuz var. İndidən final mərhələsinə çıxa biləcəyimizi deyə bilmərəm. Final mərhələsi arzumuzdur. Növbəti oyuna hazırlaşırıq və qələbəni düşünürük. Qrupumuzda aşkar favorit Xorvatiyadır. İlk növbədə, sabah qalib gəlib Uelslə matçı düşünməliyik". Rossi heyətdə zədəli futbolçular olduğunu sözlərinə əlavə edib: "Heyətin əvvəlki oyunla eyni olması mümkün deyil. Tomaş Kadar meydanda olmayacaq. Sabah ən yaxşı futbolçuları meydana buraxmağa çalışacağam. Bütün komandanın motivasiyası yüksək səviyyədədir. Qələbə qazanmaq istəyirik". Mütəxəssis "Neftçi"nin baş məşqçisi Roberto Bordini tanıdığını deyib: "Onu yaxşı tanıyıram. Biz birlikdə çıxış etmişik. Amma mənə Azərbaycan komandası ilə bağlı məlumat vermədi. Hər halda işindən ehtiyatlanır (gülür). Rossi evdə daha uğurlu nəticə qazandıqlarını bildirib: "Bütün oyunlara eyni hazırlaşırıq. Rəqibi maksimum təhlil etməyə çalışırıq. Xorvatiya ilə görüşdə əla ab-hava var idi". Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün 8 də "Bakcell Arena"da keçiriləcək.