Ronaldu xəstə uşağa görə komandanın avtobusunu dayandırıb - VİDEO

9 İyun 2019 14:34 (UTC+04:00)

Portuqaliya millisi və "Yuventus"un forvardı Kriştianu Ronaldu kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

Movqe.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştianu Ronaldu, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldu avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.