UEFA Millətlər Liqası finalında Portuqaliya Hollandiyanı (1:0) məğlub edərək ilk çempion olub.
Goal.az xəbər verir ki, matç başa çatdıqdan sonra Portuqaliya millisinin vəJuventus-un ulduz futbolçusu Kriştiano Ronaldo ilə hollandiyalı Matteys de Liqt arasında dialoq olub.
Ajax-ın kapitanı Ronaldonun ona Juventus-a keçməyi məsləhət gördüyünü deyib: "Əvvəlcə Ronaldonun nə dediyini anlamadım. Bir az şoka düşdüm və təəccübləndim. Daha sonra güldük, heç nə demədim".
Xatırladaq ki, de Liqt Barcelona başda olmaqla bir çox klubların hədəfindədir.