Zaqatala sakini motosikleti ağaca vurdu, hadisə yerində keçindi

11 İyun 2019 14:35 (UTC+04:00)

Zaqatala rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, iyunun 10-da saat 1 radələrində Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fındıqlı kənd sakini Qurban Xəlilov idarə etdiyi “İJ” markalı motosikleti yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.