Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsindən azad olunub

11 İyun 2019 17:01 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. 

Movqe.az Modern.az-a istinadən xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.