Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, 4 qadın xəsarət alıb

11 İyun 2019 17:20 (UTC+04:00)

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib. 

Movqe.az "Report"-a istinadən xəbər verir ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Belə ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.